EN

Slovenyalı velosepidçi "Tur de Frans"ın tarixinə düşüb

Velosepid üzrə "Tur de Frans"ın qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, 21 mərhələdən ibarət yarışda sloveniyalı Tadey Poqaçar qələbə qazanıb.

25 yaşlı velosepidçi karyerasında 3-cü dəfə "Tur de Frans"da 1-ci yeri tutub. Sloveniyalı bundan əvvəl 2019-cu və 2020-ci illərdə qalib gəlib. O, yarışın 111 illik tarixində 3 qələbə qazanan 9-cu və ən gənc idmançı olub.

Qeyd edək ki, Poqaçar 2024-cü ildə 21 mərhələdən 6-da finiş xəttini 1-ci keçib.

İdman.biz

Chosen
40
1
idman.biz

2Sources