EN

Azərbaycanda klub rəhbəri və qohumu çayda boğulub öldü

Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.

Oxu24.com Oxu.Az-a istinadən xəbər verir ki, onu sudan çıxartmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb.

Hər iki şəxsin meyiti səhər saatlarında suda çıxarılıb.

Qeyd edək ki, Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən olan "Ağdaş" klubunun rəhbəridir.

Chosen
116
44
oxu24.com

10Sources