EN

Altay Həsənov Paris-2024 Olimpiadasında iştirak edəcək gimnastlarla görüşüb

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək gimnastlarla görüşüb.

İdman.biz xəbər verir ki, bu barədə qurumu mətbuat xidməti məlumat yayıb.

Altay Həsənov gimnastların Paris-2024 Olimpiadasına hazırlığı ilə maraqlanıb, onlara məsul yarışda uğurlar arzulayıb.

Qeyd edək ki, Fransa paytaxtında ölkəmizi bədii gimnast Zöhrə Ağamirova, batut gimnastikasında Selcan Mahsudova və qrup hərəkətləri komandası təmsil edəcək.

İdman.biz

Chosen
143
1
idman.biz

10Sources