EN

UEFA Çempionlar Liqası: "Qarabağ" qələbə qazandı

Qitənin əsas klub turnirinin II təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə Cəbəllütariqin "Linkoln" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. "Köhlən atlar"ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Chosen
19
23
cbcsport.az

10Sources