EN

“Revolut” Böyük Britaniyada bank lisenziyası alıb

“Revolut” fintexi Böyük Britaniyada bank lisenziyası alıb, bu barədə “Bloomberg” yazıb. Şirkət qeyd edib ki, bu, tənzimləyici üçün adi addımdır.

“Revolut” hazırda Litvada bank lisenziyasına malikdir. Fintex Böyük Britaniyada bank kimi deyil, maliyyə xidməti kimi tənzimlənir, bu isə biznesi məhdudlaşdırır.

Bank isenziyası ilə “Revolut” Böyük Britaniyada tam hüquqlu onlayn bank olacaq. O, müştərilərə overdraft, kredit, əmanət və digər məhsullar təklif edə biləcək. Lisenziyanın tam olaraq nə vaxt veriləcəyi açıqlanmır. “Bloomberg” bunun bir ilə qədər çəkə biləcəyini qeyd edir.

Şirkət 2021-ci ildə lisenziya üçün müraciət edib və demək olar ki, dərhal çətinliklərlə üzləşib. Çətinliklər “Revolut”un korporativ strukturu, o cümlədən təsiçilərdən biri olan Nikolay Storonskinin Rusiya əsilli olması ilə əlaqəli olub.

Chosen
228
50
banker.az

10Sources