EN

Futbol"Zirə" UEFA Konfrans Liqasına böyükhesablı qələbə ilə start verib - YENİLƏNİB - 5

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşıb.

"Report" xəbər verir ki, "Dalğa Arena"da baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Rafael Utziq açıb. 31-cu dəqiqədə Junior Martins fərqi iki topa çatdırıb. Qarşılaşmanın yekun nəticəsini isə 51 və 53 dəqiqələrdə fərqlənməklə dubl edən David Volkov müəyyənləşdirib.

Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.

21:44

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) oyununda daha iki qol vurulub."Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu ikinci hissədə rəqibini daha iki dəfə məyus edib. - 4:0 51-ci və 53 dəqiqələrdə David Volkov vurduğu qollarla dubl müəllifi olub.

21:35

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) oyununda ikinci hissə başlayıb."Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu öndədir - 2:0 29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə isə Junior Martins rəqib qapısına yol tapıb.

21:18

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) oyununda ilk hissə başa çatıb."Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu öndədir - 2:0 29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə isə Junior Martins rəqib qapısına yol tapıb.

21:03

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçında ard-arda iki qol vurulub."Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu rəqibini iki dəfə məyus edib. 29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə isə Junior Martins rəqib qapısına yol tapıb.

20:30

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçı start götürüb."Report" xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir. Görüşü lüksemburqlu baş hakim İvo Torres idarə edir.

Chosen
37
12
far.az

10Sources