Fransanın "Strasburq" komandasının yeni baş məşqçisi açıqlanıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-göylər"ə Liam Rosenyor rəhərlik edəcək.
40 yaşlı ingiltərəli mütəxəssislə 3 illik müqavilə bağlanıb.
O, bu postda Fransa yığmasının keçmiş futbolçusu Patrik Vieyranı əvəzləyib.
Qeyd edək ki, Rosenyor sonuncu iş yeri ölkəsinin "Hall Siti" klubu olub.