Bütün gün ayaqlarımız ayaqqabıda qalır və bu səbəbdən ayaqdan qoxu gəlir. Ayaqlarımızda zamanla böyüyən, kifayət qədər hava və tər ala bilməyən bakteriyalar qoxuya səbəb ola bilər. Həm ayağımıza, həm də ayaqqabılarımıza nüfuz edən bu qoxu olduqca narahat və utandırıcıdır.
Sosial həyatımız və şəxsi gigiyenamız üçün son dərəcə zərərli olan bu vəziyyətin qarşısını almaq əslində çox sadədir.
1. Soda ayaqqabı qoxusunu aradan qaldırmaqda çox təsirlidir. Ayaqqabılarınızın içərisinə bir az soda səpin və bir gecə saxlayın. Soda nəm və pis qoxuları udur. Səhər ayaqqabılarınızı silkələməklə artıq sodanı çıxara bilərsiniz.
2. Lavanda xoş qoxusu və antibakterial xüsusiyyətləri sayəsində ayaqqabı qoxusunun aradan qaldırılmasında təsirli olur. Balaca bir boxçaya lavanda çiçəklərini, qurudulmuş rozmarin və ya nanə yarpaqlarını yığın. Daha sonra isə həmin boxçanı ayaqqabınızın içərisinə qoyun. Bu bitkilər pis qoxuları neytrallaşdırır və xoş qoxu buraxır.
3. Ağ sirkə antibakterial xüsusiyyətləri ilə tanınır və pis qoxuların aradan qaldırılmasında təsirli olur. Bir sprey şüşəsində ağ sirkə və su qarışığı hazırlayın və ayaqqabılarınıza səpin. Ayaqqabılarınızı havada qurudun. Sirkə qoxusu yox olduqdan sonra pis qoxular da yox olacaq.
4. İstifadə edilməmiş çay paketləri ayaqqabılardakı nəmi və pis qoxuları udmaqda faydalı ola bilər. Ayaqqabılarınızın içərisinə bir neçə quru çay paketi qoyun və bir neçə saat gözləyin. Beləliklə çay paketləri ayaqqabılarınıza gözəl qoxu verir.
5. Sitrus qabığı təbii dezodorant kimi istifadə edilə bilər. Ayaqqabılarınızın içərisinə portağal, limon və ya naringi qabıqlarını qoyub və bir gecə saxlayın. Sitrus qabıqları xoş qoxu yayır və pis qoxuları aradan qaldırır.