Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.Belə ki, "Ford" markalı mikroavtobusun sürücüsü, 1988-ci il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov rayon avtovağzalının qarşısında avtomobilini geriyə verərkən Kürdəmir rayon avtovağzalının müdiri, 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.Piyada Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.