Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində keçirilən qitə birinciliyində yarımfinalda Kipr yığması ilə qarşılaşan komanda 66-49 hesablı qələbə qazanıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) seçilib. Bu qələbə ilə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıblar.
Millimizin 28 iyulda keçriiləcək final oyunundakı rəqibi, Kosovo-Albaniya görüşünün qalibi olacaq.
Telegram kanalımız