EN

2 il sonra səhnəyə çıxdı, 2 milyon dollar qazandı - FOTO

Kanadalı müğənni Selin Dion Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılışında çıxış edib. 

Bu barədə TMZ məlumat yayıb.

Selin Dion üçün səhnə Eyfel qülləsində qurulub. O, iki ildən sonra ilk dəfə Edit Piafın "Hymne A L'Amour" mahnısını ifa etmək üçün tamaşaçıların qarşısına çıxıb.

Müğənni göz yaşlarını çətinliklə saxlaya bilib. 2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, mərkəzi sinir sisteminə təsir edən, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan nadir otoimmün hərəkət pozğunluğudur. Müalicə kursu ilə əlaqədar müğənni 40-a yaxın konsertini ləğv edib. Müğənni son iki ildə səhnəyə çıxmamışdı

TMZ-nin məlumatına görə, Selin Dion 2024-cü il Olimpiadasındakı çıxışına görə 2 milyon dollar qazanıb. (Qaynarinfo)

Chosen
33
3
musavat.com

4Sources