Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominqes Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikiqat Olimpiya çempionu olan rəqibinə qalib gəldikdən sonra açıqlamasında deyib.
"Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır”, - boksçumuz bildirib.