EN

Daha bir idmançımız mübarizəni dayandırdı - Olimpiya Oyunları

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Teleqraf.com xəbər verir ki, idmançımız qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib.

Böyük Britaniyalı idmançıya uduzan təmsilçimiz yarışla vidalaşmalı olub - 0:2 (13:21, 11:21).

O, iyulun 27-də He Bin Çzyao (Çin) ilə dueldən də məğlub ayrılmışdı - 0:2. Qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda keçəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Müəllif: Teleqraf.com
Chosen
46
22
teleqraf.com

10Sources