“Tələbələr” İshak Belfodillə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
32 yaşlı futbolçu ötən mövsüm Misli Premyer Liqası və Azərbaycan Kubokunda "Sabah"ın heyətində çıxdığı 21 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, əlcəzairli hücumçu ötən mövsümdən Bakı klubunun şərəfini qoruyurdu.