EN

Paris-2024: kamandan oxatanımız mübarizəni 1/16 finalda sonlandırıb

Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.

Təmsilçimiz 1/16 finalda almaniyalı Mişel Kroppenlə görüşüb.

Mübarizə Y.Ramazanovanın məğlubiyyəti ilə başa çatıb - 2:6.

Qeyd edək ki, idmançımız 1/32 finalda çinli An Qixuana qalib gəlmişdi.

Chosen
28
1
cbcsport.az

10Sources