EN

Dövlət dili statusu

Dövlət

Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Tarixi faktlar sübut edir ki, zaman-zaman Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə edib.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Umumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu.

Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur.Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azəraycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Bu gün dünyada 50 milyondan çox insan üçünAzərbaycan dili ana dilidir. Müstəqil dövlətin olmadığıdövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycanmədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlərolub.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinintəkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar anadilimizin qorunması və inkişafı baxımından göstərdiyimisilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isəUlu Öndər Heydər Əliyevin Fərmanı ilə “AzərbaycanRespublikasında dövlət dili haqqında” AzərbaycanRespublikasının Qanunu qüvvəyə minib. Qanundadövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələrdəqiq göstərilib.

Ana dilimizi qorumaq üçün mühüm addımlar atanÜmummilli Liderin siyasi xətti Prezident İlham Əliyevtərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycandilində latın qrafikası ilə kütləvi nəşrlərin həyatakeçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latınqrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərinsiyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşrihaqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünyaədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycandilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısınıntəsdiq edilməsi haqqında” sərəncamlarla ana dilininhəyatımızın bütün sahələrində müfəssəl tətbiqigerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarınınəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycandilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğunistifadəsinə və ölkədə dilçiliyin inkişafına dair DövlətProqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilətəsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olanana dilimizin saflığının və zənginliyinin qorunmasıbaxımından mühüm tarixi hadisədir. Dövlət Proqramınınməqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinədövlət qayğısının artırılması, dilimizin qloballaşmaşəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədədilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eynizamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıqsəylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətinaktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektronməkanda daha geniş istifadəsinin təmin edilməsi iləbağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixliSərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqidairəsinin daha da genişləndirilməsi baxımından xüsusiəhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci ilnoyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığınınqorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanıölkəmizdə dövlət dilinin daim diqqət mərkəzindəsaxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu iləbağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətindəatılmış mühüm addımlardan biridir. Həmin Fərmandanirəli gələn vəzifələrin icrası çərçivəsində NazirlərKabinetinin müvafiq qərarı ilə AzərbaycanRespublikasının Dövlət Dil Komissiyası yanındaMonitorinq Mərkəzi yaradılıb.

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

Allahverdi Həsənli

Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri

Chosen
181
8
xalqcebhesi.az

10Sources