EN

Paris-2024: Pevtsov 43-cü oldu

Ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edən Pevtsov yarışı 43-cü pillədə bitirib. Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edib. Matc.az xəbər verir ki, təmsilçimizin çıxışı uğurlu alınmayıb. Belə ki, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edən Pevtsov yarışı 43-cü pillədə bitirib. Qeyd edək ki, triatlon yarışı dünən keçirilməli idi. Lakin Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə yarış təxirə salınmışdı.

Chosen
42
19
matc.az

10Sources