EN

Psixoloq Samirə deputatlığa namizədliyini irəli sürdü - Video

Növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən psixoloq Samirə Bağırova qarşılaşdığı maneələr barədə danışıb. 

Sosial şəbəkə hesabında bu barədə paylaşım edən psixoloq  1 saylı Suraxanı seçki dairəsində bir sıra problemlərlə qarşılaşdığını etiraf edib:

“Mən tələbələrlə çox işləyirəm, gənclər dedi ki, artıq vaxtdır, siz də namizədliyinizi verin. Mən də Suraxanı rayon 1 saylı seçki dairəsindən namizədliyimi verməyə getdim. Özüm 31 il Hövsan qəsəbəsində yaşamışam.  Klinikalar

Seçki dairəsinə gedən kimi, məni tanıdılar və həmin anda aşağılanma, maneələrlə üzləşdim. Namizədlik blankını doldurduqda nə isə soruşanda deyirdilər, namizədliyini verməyə gəlmisən, bunu bilmirsən? Savadsızsan filan. Maksimum dərəcədə emosiyalarımı qorumağa çalışırdım. Kiməsə sual verirsən cavabı 15 dəqiqə çəkir, salam verirsən istəməsələr salamı almırlar, hər kəs yüksək eqoda idi, bunun səbəbini də anlayırdım. 

Sonra dedilər ki, yalnız Suraxanıda olan Beynəlxalq Bank filialında hesab açmalısınız, ora getdim, dedilər bizdə blank yoxdur, notariusa getdim, orda dedilər bizdə blank olmur, nəhayət Xətai rayonundakı Beynəlxalq Bank filialına gedib bank hesabımı orada açdırdım və onu Suraxanı Rayon Seçki dairəsinə gətirdim. Buna görə deyindilər ki, niyə Suraxanıdakı filialda açdırmamısınız? Dedim ki, nə fərqi var, sizə bank hesabı lazım deyil?  Nəhayət, qəbul edib dedilər ki, gedin, biz sizə imza vərəqləri üçün zəng vuracağıq. 4 gün sonra mənə zəng vurdular, getdim 2 saat məni gözlətdilər, dedilər işimiz var nə vaxt bitirərik onda imza vərəqlərini verərik. 

Nəhayət, Mərkəzi Seçki Komissiyasına yığıb dedim ki, məntəqədə məni incidirlər. Yalnız bundan sonra məni çağırıb imza vərəqələrini verdilər. İmza yığmağa 5 gün vaxtım var idi. Hövsanda depupat sözünün “d”na elə bir aqressiya, nifrət, kin var idi ki, adamı parçalayardılar. Hətta 2 dəfə üstümə hücum oldu, məni bundan əvvəl iki dəfə Suraxanı rayonundan seçilən xanımla səhv salmışdılar. Sonradan məni tanıdılar və imza atdılar”.

Psixoloq üzləşdiyi çətinliklərdən danışı və namizədliyini geri çəkməsi üçün ona təzyiqlər edildiyini bildirib: 

“İmzaları topladıqdan sonra seçki dairəsinə onları təqdim etdim. 1 gün sonra məni dairəyə dəvət etdilər, iclas keçirildi, mənə dedilər ki, səslərdən 4-ü etibarsızdır. Sonra dedilər ki, namizədliyi geri çəkməyinlə bağlı ərizə yaz. Mən bu ərizəni yazmadım. Sonradan vəkilimə də yığıb deyiblər ki, ona deyin, namizədliyini geri çəksin. 

Sabahsı gün səhər 07:30 da mənə zəng gəldi, Oqtay müəllim dedi ki, təcili dairəyə gəlməlisiniz. Dairəyə getdim, Oqtay müəllim dedi ki, siz namizədliyinizi geri çəkməlisiniz, mən isə dedim ki, çəkməyəcəyəm. Bu zaman Oqtay müəllim mənə dedi ki, sizin bir probleminiz var, siz vergidən yayınmısınız və bunu ərizədə qeyd etməmisiniz. Mən isə dedim ki, mən aybaay ilbəil vergilərimi ödəyirəm, bu necə ola bilər? Növbəti gün iclas keçirildi, yanlış əsas gətirdilər ki, guya mən vergidən yayınmışam. İmza çəkməyimi istəsələr də, mən imza çəkmədim.

Amma namizədliyimi verib seçkiyə qatılmağım yaxşı oldu, bir çox şey öyrəndim”. / Yenisabah.az

Chosen
68
50
kanal.az

10Sources