EN

Paris-2024: Zelim Kotsoyev yarımfinalda — VİDEO

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. 

Demokrat.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib. 

Rəqibinə qalib gələn Kotsoyev yarımfinala yüksəlib. 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçumuz Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub. 

Chosen
51
49
demokrat.az

10Sources