EN

Azərbaycan medal sıralamasında 23-cüdür - Paris-2024

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 23-cü pillədə qərarlaşıb. SİA-nın məlumatına görə, hələlik komandanın aktivində bir qızıl mükafat var.Cüdoçu Hidayət Heydərov (73 kq) iyulun 29-da olimpiya çempionu adını qazanıb.Ölkəmizlə birlikdə Argentina, Sloveniya, Serbiya və Özbəkistan da bir qızıl medalla 23-cüdür.Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 32-ci, Gürcüstan isə 14-cü (1 qızıl, 1 gümüş) sıradadır.İlk "üçlük"də Çin (9 qızıl, 7 gümüş, 3 bürünc), Fransa (8 qızıl, 10 gümüş, 8 bürünc) və Yaponiya (8 qızıl, 3 gümüş, 8 bürünc) yer alıblar.Hələlik 47 ölkə mükafat əldə edə bilib.Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Chosen
42
49
sesqazeti.az

10Sources