EN

Olimpiadalar tarixində yarımfinala yüksələn ən yaşlı tennisçi olub

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, təcrübəli raketka ustası buna 1/4 final mərhələsində yunanıstanlı Stefanos Tsitsipasi məğlub etməklə nail olub.

Qarşılaşma Cokoviçin 2:0 (6:3, 7:6) hesablı qələbəsi ilə bitib.

O, olimpiadalar tarixində fərdi yarışda yarımfinala yüksələn ən yaşlı tennisçi olub. İdmançı bunu 37 yaş 73-cü günündə bacarıb.

Cokoviç bu gün finala gedən yolda italiyalı Lorentso Muzetti ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Chosen
22
3
bakivaxti.az

5Sources