EN

Paris-2024: 3x3 basketbol millimiz 4-cü məğlubiyyətini yaşayıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

Seçmə V turda Avstraliya ilə üz-üzə gəlib. Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb - 12:21.

Bu gün Bakı vaxtı ilə saat 19:30-da rəqib Çin kollektivi olacaq.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib - 20:17.

Chosen
26
35
cbcsport.az

10Sources