EN

Paris-2024: 3x3 basketbol millimiz növbəti qələbəsini qazanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

Yığmamız VI turda Çin yığması ilə üz-üzə gəlib. Görüş komandamızın 21:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib - 20:17.

Chosen
57
25
cbcsport.az

10Sources