Azərbaycanının basketbolun 3x3 növü üzrə qadınlardan ibarət yığması Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Millimiz əsas mərhələsini 7-ci pillədə başa vurub.
Buna qrupun digər oyunları səbəb olub. Komandamız turun son matçında Kanadaya 19:21 hesabı ilə uduzub. Son 3 yeri tutan yığmaların da hesabında 2 qələbə və 5 məğlubiyyət olub. Reqlamentə görə, hesabında daha çox top olan Çin pley-inə vəsiqə qazanıb. Millimizi növbəti mərhələdən cəmi 1 top ayırıb.