EN

14 min ton məhsulun 11 min tondan çoxu xarici bazarlara göndərilib

Cəlilabad rayonunda yığılmış çiyələyin böyük hissəsi ixrac olunub.

FED.az xəbər verir ki, bu il rayon ərazisində 606 hektar sahədə çiyələk bitkisi əkilib.

Sahələrdən bu günədək 14 min tondan çox məhsul yığılıb. Yığılmış məhsulun 11 min tondan çoxu xarici bazarlara – əsasən Rusiya və ərəb ölkələrinə göndərilib.

Xatırladaq ki, bir neçə gün öncə Cəlilabad rayonunda üzüm yığımına başlanılıb. İyulun 28-də isə rayonda qarğıdalı yığımı başa çatıb (Report).

Chosen
124
46
fed.az

10Sources