Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
130 kq çəki dərəcəsində yer alan idmançı estoniyalı Heyki Nabi ilə qarşılaşıb. Yarışa 1/8 finaldan qoşulan Şəriəti rəqibinə qalib gəlib.
İdmançımız 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla görüşəcək.