EN

Paris-2024: Həsrət Cəfərov yarımfinalda məğlubiyyətlə üzləşdi

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.

Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.

Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən mərhələ adlayıb

Cəfərov sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Chosen
8
33
cbcsport.az

10Sources