EN

UEFA Konfrans Liqası: “Zirə” və “Sabah” III təsnifat mərhələsində ilk oyununa çıxır

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə start veriləcək.

Yenicag.az xəbər verir ki, təmsilçilərimiz “Zirə” və “Sabah” ilk oyunlarını səfərdə keçirəcək.

“Zirə” Bakı vaxtı ilə saat 22:00-da “Osiyek”in (Xorvatiya), “Sabah” isə 22:45-də “Patriks”in (İrlandiya) qonağı olacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi

“Osiyek” – “Zirə”

Saat 22:00, “Opus Arena”

“Patriks” – “Sabah”

Saat 22:45, “Tallaght Stadium”

Chosen
75
5
yenicag.az

10Sources