EN

Paris-2024: Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları açıqlanıb

Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə bayrağımızı taekvondoçu Qaşım Maqomedov və bədii gimnast Zeynəb Hümbətova dalğalandıracaqlar.

Bağlanış mərasimi avqustun 11-də keçiriləcək.

Qeyd edək ki, Qaşım Maqomedov Paris olimpiadasında gümüş medal qazanıb, Zeynəb Hümbətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.

Chosen
41
9
operativmm.az

10Sources