EN

Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları açıqlandı

Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları bəlli olub.Metbuat.az xəbər verir ki, tədbirdə bayrağımızı taekvondoçu Qaşım Maqomedov və bədii gimnast Zeynəb Hümbətova dalğalandıracaqlar.Bağlanış mərasimi avqustun 11-də keçiriləcək.

Qeyd edək ki, Qaşım Maqomedov Paris Olimpiadasında gümüş medal qazanıb, Zeynəb Hümbətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.

Chosen
39
9
metbuat.az

10Sources