EN

Misli Premyer Liqası: "Turan Tovuz" "Sumqayıt"ı bir qolla üstələyib

Misli Premyer Liqasında II turun daha bir görüşü keçirilib.

Tovuz şəhər stadionunda baş tutan matçda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə qolu 34-cü dəqiqədə Xəyal Nəcəfov qonaqların qapısından keçirib.

Bu nəticənin ardından qərb təmsilçisi baş məşqçi Kurban Berdıyevin rəhbərliyi altında ilk qalibiyyətini alıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz Naxçıvan" isə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.

Chosen
3
19
cbcsport.az

10Sources