EN

“Sabah” - “Sent Patriks Atletik” oyununa nə qədər bilet satılıb? 

“Sabah” - “Sent Patriks Atletik” oyununa bilet satışı davam edir.

Yenisabah.az xəbər verir ki, artıq matça 3500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

“Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər. 

Tezliklə "Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanması nəzərdə tutulub. 

Bilet almaq üçün (https://iticket.az/.../sabah-fk-st-patricks-athletic/125887) linkinə daxil ola bilərsiniz.

Qeyd edək ki, “Sabah” – "Sent Patriks Atletik" matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Qeyd 

 1. Oyuna gecikən tamaşaçılar (oyunun 70-ci dəqiqəsindən sonra) stadiona buraxılmayacaq.

2. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qəti surətdə qadağan olunur.

3. Stadionu tərk edən tamaşaçılar, eyni biletlə stadiona təkrar giriş edə bilməyəcəklər. 


Telegram kanalımız
Chosen
54
14
yenisabah.az

10Sources