EN

"Osiyek" erməni futbolçunu Azərbaycana gətirməyəcək

Bakıya səfər öncəsi "Osiyek" heyətlə bağlı çətinliklərlə üzləşib.

Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Komandanın müdafiə xəttində ciddi problemlər olduğu bildirilib. Xorvatiyadakı ilk qarşılaşmada meydana çıxmayan Renan Quedeş və Duerte Andrenin Bakıda da oynamayacağı vurğulanıb. "Osiyek"in baş məşqçisi Federiko Kopitelli ölkə çempionatının son turunun "Dinamo" ilə görüşündə zədələnən Pedro Limanın "Zirə"ya qarşı oynaya biləcəyini deyib: "Lima "Dinamo" ilə oyunda zərbə aldı və ayağında ağrı hiss etdi. Onun ciddi problemi yoxdur, bizə kömək edəcək".

Əvəzində italiyalı mütəxəssis erməni futbolçu Stopya Mkrtçyanın Azərbaycana aparılmayacağını deyib. O, təhlükəsizlik səbəbləri üzündən riskə getmək niyyətində olmadıqlarını deyib. Müdafiəçi mövqeyində çıxış edən 21 yaşlı oyunçu Osiyekdəki qarşılaşmada 63 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Zirə" səfərdə "Osiyek"lə heç-heçə oynayıb (1:1).

Chosen
24
1
cbcsport.az

2Sources