Mağazanının soyunub-geyinmə otağında qadınların görüntülərini çəkən şəxs saxlanıldı
Zonguldakda ticarət mərkəzindəki geyim mağazasının soyunub-geyinmə otaqlarında qadınların görüntülərini çəkdiyi iddia edilən geyim mağazası işçisi M.K16 yaşlı qızın şikayəti üzrə saxlanılıb.
İttihamları rədd edən şübhəli polis bölməsində verdiyi ifadədən sonra sərbəst buraxılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, mağaza işçisi M.K mobil telefonu ilə paltardəyişmə otaqlarında qadın müştərilərin görüntülərini lentə alıb.
16 yaşlı qız vəziyyətdən şübhələnib və ailəsinə məlumat verib. Ailənin polis bölməsinə gedərək şikayətçi olmasının ardından Uşaq Şöbə Müdirliyi əməkdaşları şübhəli şəxsi alış-veriş mərkəzində saxlayıb.
Saxlanılan şübhəlinin mobil telefonu araşdırma üçün götürülüb. M. K. barəsində "Şəxsi həyatın toxunulmazlığını pozma" və "Seksual qısnama" maddələri ilə cinayət işi açılıb.
İttihamları rədd edən şübhəli polis bölməsində ifadədə verdikdən sonra sərbəst buraxılıb.
M.K.-nın mobil telefonu ətraflı incələnmək üçün Kibercinayətlərlə Mübarizə İdarəsinə təhvil verilib.
M. K.-nin mağazadakı işinə xitam verilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.