"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.
"Qartallar" III təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) ilə qarşılaşacaq.
III təsnifat mərhələsində “Fehervar”ı (Macarıstan) hər iki görüşün nəticəsinə əsasən 3:0 hesabı ilə üstələyən kiprlilər pley-offa vəsiqə qazanıb.
Əlavə edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək.