RU

UEFA Konfrans Liqası: "Zirə"nin pley-offdakı potensial rəqibi bəlli olub

"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.

"Qartallar" III təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) ilə qarşılaşacaq.

III təsnifat mərhələsində “Fehervar”ı (Macarıstan) hər iki görüşün nəticəsinə əsasən 3:0 hesabı ilə üstələyən kiprlilər pley-offa vəsiqə qazanıb.

Əlavə edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Избранный
104
9
cbcsport.az

10Источники