EN

"Real"ın futbolçusu komandadan ayrılıb

İspaniyanın “Real” (Madrid) kollektivinin hücumçusu Xuanmi Latasa komandadan ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 23 yaşlı forvard İspaniyanın digər klubu “Valyadolid”ə transfer olunub.

O, “ağ-bənövşəyilər”lə 5 illik müqavilə bağlayıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.

Qeyd edək ki, əvvəlki iki mövsümü “Xetafe”də icarə əsasında keçirən Latasa meydana çıxdığı 57 oyunda 7 qol vurub.

Chosen
21
9
operativmm.az

10Sources