EN

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan zaminə buraxılır

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 15 milyon dram (37.5 min dollar) girov müqabilində azad ediləcək.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə vəkil Albert Benqlyan "Sputnik Ermənistan"a məlumat verib.

Tonoyan hazırda "Yerevan-Kentron" cəzaçəkmə müəssisəsində saxlanılır.

Keçmiş müdafiə naziri sursat tədarükündə sui-istifadədə ittiham olunur. O, 2021-ci ilin sentyabrından həbsdədir.

Qeyd edək ki, bu iş üzrə keçmiş Baş Qərargah rəisi Artak Davtyan, keçmiş Baş Qərargah rəisinin müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin Aviasiya Texniki Əmlak Xidmətinin rəisi Artyom Ambaryan, Aviasiya İdarəsinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən iş adamı David Qalstyan da təqsirləndirilən şəxsdirlər. İstintaq onları yararsız aviasiya raketlərinin alınmasında və 4.6 milyon dolların mənimsənilməsində ittiham edir.


Telegram kanalımız
Chosen
139
6
yenisabah.az

10Sources