Benzin və distillat ehtiyatları isə tələb artdıqca azalıb
ABŞ-ın xam neft ehtiyatları yeddi həftə ərzində ilk dəfə artıb. Benzin və distillat ehtiyatları isə tələb artdıqca azalıb.
AYNA xarici mediaya istinadən bildirir ki, Strateji Neft Ehtiyatı istisna olmaqla, kommersiya neft ehtiyatları avqustun 9-da bitən həftədə 1,4 milyon barel artaraq 430,7 milyon barrelə çatıb və ilin bu dövrü üçün beşillik orta göstəricidən təxminən 5% aşağı olub.
Neft ehtiyatlarının artımı altı həftəlik hasilatdan sonra baş verib.
“The Wall Street Journal”ın sorğusuna qatılan analitiklər neft ehtiyatlarının 1,2 milyon barel azalacağını proqnozlaşdırıblar.
Benzinin ehtiyatlarının 2,9 milyon barel azalaraq 222,2 milyon barrelə, distillat ehtiyatlarının isə 1,7 milyon barrel azalaraq 126,1 milyon barelə düşdüyü bildirilir. Neft emalı zavodları əvvəlki həftədəki 90,5%-dən 91,5% güclə işləyirdi.