UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda meydan sahibləri 0:1 hesabı ilə uduzub.
Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi bakılıların qapısından keçirib.