"Kəpəz" Orxan Əliyevi heyətinə cəlb edib. Sport24.az xəbər verir ki, komanda 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən Orxan son mövsümü "Araz Naxçıvan"da oynayıb. Əliyev 2015-2016-cı və 2016-2017-ci illər mövsümündə də "sarı-göylər"in şərəfini qoruyub.
Qeyd edək ki, Orxan ötən mövsümdə 32 oyunda 9 qol vurub.