UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçirilən "Ayaks" (Niderland) - "Panatinaikos" (Yunanıstan) matçında rekord eydə alınıb.
News24.az QOL.az-a istinadla xəbər verir ki, komandalar penalitlər seriyasında hərəyə 17 zərbə vurub. "Ayaks" 13:12 hesabı ilə qələbə qazanıb və pley-off mərhələsinə yüksəlib. Bu, avrokuboklar tarixinə ən uzun penaltilər seriyası kimi düşüb.
Qeyd edək ki, Amsterdamda keçirilən matçın əsas vaxtı Yunanıstan klubunun 1:0 hesablı qələbəsi ilə bitib. İlk oyunda isə Niderland təmsilçisi eyni hesabla qələbə qazanmışdı.