EN

"Yemişlə qarpızı birlikdə yemək olmaz, çünki..." -  Mütəxəssis

"Yemişlə "Yemişlə qarpızı birlikdə yemək olmaz, çünki..." -

"Bəzi qidaları birlikdə qəbul etmək orqanizmdə həzm problemlərinə gətirib çıxara bilər".

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bunu meyvə-tərəvəzlərə də aid etmək olar:

"Bəzən onların tərkibindəki vitamin, mineral və şəkər dəyəri bir-birindən fərqli olur. Buna görə də onların birlikdə qəbulu orqanizmdə sağlamlıq problemlərinə səbəb ola bilir. Məsələn, yemiş və qarpızı birlikdə yemək olmaz. Çünki hər ikisinin tərkibində fruktozanın olması həzm problemləri ilə nəticələnə bilər. Yaxşı olar ki, qarpız və yemiş birlikdə qəbul olunmasın". 

Mütəxəssis qeyd edib ki, qaprızı sadəcə pendirlə birlikdə yemək tövsiyə olunur:

"Çünki qarpızın tərkibindəki su və fruktoza var, pendirin isə 80-90 faizi proteindən, zülaldan ibarətdir. Bu isə onların birlikdə həzmini asanlaşdırır və orqanizmə fayda verir. Lakin onlarla birlikdə çörək yemək məsləhət deyil. 

Çörək də karbohidrat olduğuna görə qarpızın tərkibindəki şəkərlə birləşərək orqanizmdə ağırlıq və həzm zamanı çətinliyə gətirib çıxara, eləcə də qanda şəkərin sürətli şəkildə artmasına səbəb ola bilər. Bu da insulin dirənci və şəkərli diabet olan insanlarda, habelə xroniki xəstəlikdən əziyyət çəkən şəxslərdə şəkər miqdarının kəskin yüksəlməsinə gətirib çıxarır".

356106

Həmsöhbətimiz qarpızdan gündəlik istifadə miqdarı barədə də danışıb:

"Gün ərzində bir istifadədə 200-250 qram qarpız qəbul oluna bilər. Ümumi olaraq isə gün ərzində 500-600 qramı keçməmək lazımdır. Digər şirin meyvə qəbul olunmayan halda bunu 700-800 qrama qədər artırmaq olar". 

Məhsəti Hüseynova vurğulayıb ki, yemişi isə acqarına və ya yeməklə birlikdə qəbul etmək olmaz:

"Onu səhər yeməyindən və yaxud da yeməkdən bir saat sonra qəbul olunması sağlamlıq üçün daha faydalı ola bilər. Yemişin miqdarındakı şəkər miqdarının çox olması qanda şəkəri artıra, həddindən artıq çox qəbul olunduqda qarında şişkinliyə və köpə səbəb ola bilər. Yemiş yedikdən sonra hər hansısa şirin tərkibli meyvə qəbul etmək olmaz". 

O, gün ərzində neçə qram yemiş yeyə biləcəyimizdən də bəhs edib:

"Gün ərzində 200-250 qramı keçməmək şərtilə qəbul etmək lazımdır. Digər şəkər tərkibli qidalar qəbul olunmayıb və hər hansısa sağlamlıq problemi yoxdursa, bu miqdarı 400 qrama qədər artırmaq olar". 

E-saglam.az

Chosen
122
12
e-saglam.az

10Sources