EN

Həvəskarlar arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib

Ağcabədi şəhərində həvəskar komandalar arasında Azərbaycan Kubokunun final oyunu təşkil edilib.

Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının 25 illiyinə həsr olunmuş yarışın həlledici görüşündə yerli “Olimpiya” komandası “Salyan 2018” kollektivi ilə qarşılaşıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən “Olimpiya” kubokun qalibi olub.

Mükafatları Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Qarabağ RFF-nin prezidenti Əliş Şərifov, AHFF-nin prezidenti Rüfət Əmirov, baş katibi Füzuli Nəcəfov, Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev və futbol veteranı Asif Əliyev təqdim ediblər.

Chosen
54
16
cbcsport.az

10Sources