EN

"Bolt" tətbiqdə göstərilən taksi gəlmədiyi halda 50% endirim vəd edir?

"Bolt" taksi xidməti sifariş zamanı təyin olunanın əvəzinə başqa avtomobilin gəldiyini xəbər verən müştəriyə 50% endirim vəd edir.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

"Gələn avtomobil "Bolt" tətbiqində göstəriləndən fərqlidirsə, avtomobilin şəklini çəkin və dəstək bölməsinə göndərin", - məlumatda qeyd olunur.

Şirkətlə məsələnin nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək və əlavə məlumat almaq cəhdimiz baş tutmadı.

Əzizə İsmayılova

Mənbə: oxu.az

Aqreqator
Chosen
144
2
oxu.az

3Sources