EN

“Buna görə də deyib, gülüb, rəqs etdik” - FOTO

Aparıcı Leyla Quliyeva həmkarı Tural Əsədovun ad günü ilə bağlı paylaşım edib.

O, Turalı təbrik edərək, arzularını və xatirələrini bölüşüb:

“Bu gün sənin ad günündür, ad günündür. Elimizdə toy-düyündür, toy düyündür” mahnısının sədaları altında səni təbrik edirəm, dostum. Biz qaranlıq səhnələrdə də, küləkli rejimdə də, Xalq artisti Eyyub Yaqubovla, qeyri-ciddi, iddialı, böyüklü, kiçikli, hörmətli və belə - həm dost, həm həmkar, həm sirdaş ola bildik. Bir-birimizin uğurlarına sevinəcək qədər etibarlı (indiki zamanda nadir tapıntıdır), səhvlərimizi üzbəüz deyəcək qədər ürəkli yanaşdıq. Ona görə də hər işin, layihənin axırında deyə-gülə-rəqs edə bildik. Tək bu gün yox, həmişə de, gül, rəqs elə. Uğur qazan. Balaların, xanımın, valideynlərin və dostların (biz) sevinsin, sən də sağlam ol. Çox yaşa. “Portret” formatında veriliş yaşına bir az da yaxınlaşdın, gözün aydın”. (Axşam.az)

Chosen
115
33
musavat.com

10Sources