EN

ABŞ-nin büdcə kəsiri rekord həddə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Bayden administrasiyası dövründə ABŞ-nin büdcə kəsiri rekord həddə - 6,6 trilyon dollara çatıb.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bu, bütün müşahidələr tarixində maksimum rəqəmdir. 

Məlumata görə, əvvəlki prezident Donald Trampın dövründə ümumi kəsir 5,6 trilyon dollar təşkil edib. Eyni zamanda, 2020-ci ildə koronavirus pandemiyası fonunda büdcənin mənfi balansının maksimum illik həcmi - 3,1 trilyon ABŞ dolları qeydə alınıb ki, bu da ölkənin ÜDM-nin 15,5%-ni təşkil edib.

Barak Obama 21-ci əsrdə ABŞ-nin büdcə kəsirini azaltmağa nail olan yeganə ABŞ lideri olub 5,1 trilyon dollardan 2,2 trilyon dollara qədər.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
150
6
banco.az

10Sources