RU

“BakuBus” bu şəhərlərə də sərnişin daşıyacaq – RƏSMİ AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub.

 

Bu barədə 7Times.az -a AYNA-dan məlumat verilib.

 

Qeyd olunub ki, “Bakı-Zaqatala-Bakı” və “Bakı-Mingəçevir-Bakı” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC, “Bakı-Gəncə-Bakı” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC, “Bakı-Şəmkir-Bakı” marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu ən çox bal toplayaraq qalib elan olunublar.

 

“Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur”, – məlumatda bildirilib.

 

Qurum həmçinin qeyd edib ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim ediləcək.

Избранный
116
49
7times.az

10Источники