RU

"Qəbələ" afrikalı futbolçu aldı - RƏSMİ

“Qəbələ” klubu heyətini konqolu futbolçu ilə gücləndirib.

Prosport.Az xəbər verir ki, Konqo millisinin yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.

21 yaşlı afrikalı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

Избранный
20
27
prosport.az

10Источники