İngiltərənin \"Çelsi\" klubunun yarımmüdafiəçisi Konor Qallaher İspaniya təmsilçisi \"Atletiko\" (Madrid) ilə anlaşıb.
İngiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Bu transfer paytaxt təmsilçisinə 40 milyon avroya başa gəlib.
Qeyd edək ki, Qallaher ötən mövsüm \"Çelsi\"nin heyətində bütün turnirlərdə 50 oyun keçirib və 7 qola imza atıb.